Bakı. 23 noyabr. REPORT.AZ/ Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Mirça Luçesku "Fənərbağça" komandasına rəhbərlik edə bilər.
"Report" "click.ro"ya istinadən xəbər verir ki, İstanbul təmsilçisi rumıniyalı mütəxəsisi komandaya baş məşqçi təyin etmək niyətindədir. "Sarı-lacivərdlilər" Fillip Kokunu istefaya göndərdikdən sonra köməkçi-məşqçi Ervin Kumanla mövsümün sonuna qədər müqavilə imzalayıb. Hazırda bu komanda 12 turdan sonra 13-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, Mirça Luçesku daha əvvəl "Qalatasaray" və "Beşiktaş" klublarında çalışıb.
Manaf QASIMBƏYLİ