Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında bu gün qrup mərhələsinin III turuna start verilib.
“Report”un məlumatına görə, B qrupunda Özbəkistan yığması Çad komandası ilə qarşılaşıb.
Milli Gimnastika Arenasında baş tutan görüş Asiya təmsilçisinin qələbəsi ilə başa çatıb - 3:0.
Qeyd edək ki, bu gün daha 7 görüş keçiriləcək.
Foto: Samirə Həsənova