Millətlər Liqası: İtaliya səfərdə Niderlanda qalib gəldi

Bu gün UEFA Millətlər Liqasında II turun növbəti oyunları keçirilib.

"Report"un məlumatına görə, A, B və C liqalarında ümumilikdə 8 qarşılaşma baş tutub.

A Liqasının I qrupunda lider Niderland doğma meydanda İtaliya ilə üz-üzə gəlib. Qonaqlar bu görüşdə minimal hesablı qələbə qazanıblar. Bu qrupun digər matçında isə Polşa səfərdə Bosniya və Herseqovinadan üstün olub.

Millimizin yer aldığı C liqasında Qazaxıstan evdə Belarusa, Albaniya isə Litvaya uduzub.

Gecənin digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb.

Millətlər Liqası
II tur

7 sentyabr

A liqası

1-ci qrup

22:45. Bosniya və Herseqovina – Polşa 1:2

Qollar: Haris Hayradinoviç, 21 (pen.) - Kamil Qlik, 35, Kamil Qrositski, 67

22:45. Niderland – İtaliya 0:1

Qol: Nikolo Barella, 45+1

Xal durumu: İtaliya - 4, Niderland – 3, Polşa – 3, Bosniya və Herseqovina - 1

Digər xəbərlər