Millətlər Liqası: Almaniya İtaliyanı darmadağın edib, Türkiyə növbəti qələbəsini qazanıb

UEFA Millətlər Liqasının qrup mərhələsində IV tura yekun vurulub.

"Report"un məlumatına görə, sonuncu oyun günündə A, B, C və D Liqalarında ümumilikdə 12 qarşılaşma oynanılıb.

A Liqasının 3-cü qrupunda Almaniya İtaliyanı, Macarıstan isə Almaniyanı darmadağın edib.

4-cü qrupda Belçika səfərdə Polşanı 1:0, Niderland evdə Uelsi 3:2 hesabı ilə məğlubiyyətə uğradıb.

C Liqasının 1-ci qrupunda mübarizə aparan Türkiyə millisi Litvaya qalib gələrək ardıcıl 4-cü qələbəsini qazanıb. Lüksemburq Farer Adaları ilə bərabərə qalıb - 2:2.

UEFA Millətlər Liqası

A Liqası

3-cü qrup

Almaniya - İtaliya - 5:2

Qollar: Yozua Kimmix, 10. İlkay Gündoğan, 45+4 (pen.), Tomas Müller, 51. Tima Verner, 68; 69 - Vilfred Qnonto, 78. Alessandro Bastoni, 90+4.

Digər xəbərlər