İtaliyanın "Milan" klubu son 18 ayda meydana çıxmayan futbolçusu Divok Oriqi ilə yollarını ayırıb.
"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
2023/2024 mövsümündə icarə əsasında İngiltərə təmsilçisi "Nottinqem Forest"in formasını geyinən hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
30 yaşlı belçikalı forvard son olaraq 2023-cü ilin mayında "Milan"ın heyətində meydana çıxıb. O, illik təxminən 4 milyon avro maaş alıb.
Qeyd edək ki, Divok Oriqi 2022-ci ildə İtaliya klubuna keçib.