"Milan" heyətini yeni qapıçı ilə gücləndirib

İtaliyanın "Milan" kollektivi heyətini yeni qapıçı ilə gücləndirib.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" A Seriyasının digər təmsilçisi "Fiorentina"dan ayrılan Pyetro Terraççano ilə anlaşıb.

35 yaşlı "əlcək sahibi" ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Terraççano ötən mövsüm "Fiorentina"nın heyətində bütün yarışlarda 10 matçda meydana çıxıb və qapısından 15 qol buraxıb.

Digər xəbərlər

Barselona Vilyarrealı məğlub edib 22 noyabr, 2026 / 21:20