"Milan" belçikalı futbolçusu ilə müqavilənin müddətini uzadıb

İtaliya təmsilçisi "Milan" belçikalı yarımmüdafiəçi Aleksis Salemakerslə müqavilənin müddətini uzadıb.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər 2031-ci ilin iyununa qədər sözləşmə imzalayıblar. Futbolçunun əvvəlki müqaviləsinin müddəti 2027-ci ildə bitəcəkdi.

Qeyd edək ki, 26 yaşlı futbolçu 2020-ci ildən "Milan"da çıxış edir. O, cari mövsüm komandasının heyətində 18 oyunda iki qol vurub və dörd məhsuldar ötürmə edib.

Digər xəbərlər