Hazırda ABŞ təmsilçisi “İnter Mayami”də çıxış edən argentinalı futbolçu Lionel Messi Səudiyyə Ərəbistanı klublarından birinə keçə bilər.
“Report”un məlumatına görə, bu barədə “Sport.es” xəbər verib.
Səudiyyəlilər Messini 2024-cü ilin fevralına qədər icarəyə götürə bilərlər.
“İnter Mayami” “Sinsinnati”yə uduzduqdan sonra pley-offa vəsiqə şansını itirib. Belə ki, “İnter Mayami” öz meydanında məğlub olub. Oyunda yeganə qolu 78-ci dəqiqədə Alvaro Barreal vurub.
Messi iki il Fransanın PSJ klubunda oynadıqdan sonra 2023-cü ilin yayında “İnter Mayami”yə keçib. O, debüt oyununda cərimə zərbəsindən qol vurub. Argentinalı avqustun 20-də Amerikada ilk kubokunu qazanıb.