Məşhur ailə "Çelsi"ni almaq fikrindən daşınıb

İngiltərənin "Çelsi" klubunu almaq istəyən şirkətlərdən biri təklifini geri götürüb.

"Report" "Sky Sports"a istinadən xəbər verir ki, Rikett ailəsinin başçılıq etdiyi ABŞ konsorsiumu London təmsilçisinin səhmlərini almaqdan imtina edib. Buna klubun satışı ilə bağlı qeyri-müəyyənliyin davam etməsi səbəb olub.

Sözügedən şirkət ABŞ-ın "Çikaqo Kabs" beysbol klubunun da sahibidir. Konsorsiumun "Çelsi"ni almaq üçün milyonçular Ken Qriffin və Den Gilberti bu işə cəlb edəcəkləri gözlənilirdi.

Qeyd edək ki, Roman Abramoviç fevralın 26-da klubun idarəçiliyini "Çelsi" Xeyriyyə Fondunun qəyyumlarına təhvil verib. O, martın 2-də isə klubu satmaq niyyətində olduğunu açıqlayıb.

Digər xəbərlər