Məhəmməd Salah Yeni Zelandiya - Misir matçının ən yaxşı futbolçusu seçilib

Futbol üzrə dünya çempionatında Yeni Zelandiya və Misir yığmaları arasında keçirilən G qrupunun II turunun matçının ən yaxşı oyunçusu müəyyənləşib.

"Report" xəbər verir ki, afrikalıların heyətində Məhəmməd Salah oyunun ən yaxşısı adına layiq görülüb.

Qeyd edək ki, futbolçu sözügedən matçda 1 qol və 1 assistlə komandasının qələbəsində (3:1) əsas pay sahibi olub.

Digər xəbərlər