Mbappe Ronaldunun "Real"dakı tarixi rekorduna yaxınlaşıb

Fransalı hücumçu Kilian Mbappe cari ildə "Real"ın heyətində 56-cı qolunu vurub.

"Report" xəbər verir ki, futbolçu İspaniya La Liqasının XVI turunda "Alaves" üzərində 2:1 hesablı qələbə qazandıqları oyunda fərqlənib.

Beləliklə, Mbappe Kriştianu Ronaldunun bir təqvim ilində "Real"ın heyətində bütün zamanların rekorduna 3 qola qədər yaxınlaşıb. Xatırladaq ki, 2013-cü ildə portuqaliyalı 59 qol vurub.

"Real"ın 2025-ci ilin sonuna qədər hələ iki oyunu qalıb. Madrid təmsilçisi Kral Kubokunda "Talavera" və İspaniya La Liqasında "Sevilya" ilə qarşılaşacaq.

Mbappe "Real"da 2024-cü ildən oynayır. Onun klubla müqaviləsinin müddəti 2029-cu ilə qədərdir. Fransalı cari mövsümdə bütün yarışlarda 25 oyun keçirib, 27 qol vurub və 4 məhsuldar ötürmə edib.

Digər xəbərlər