"Liverpul" Trend Aleksander-Arnoldu geri qaytarmaq imkanını nəzərdən keçirir

İngiltərəli futbolçu Trend Aleksander-Arnold yenidən "Liverpul"da çıxış edə bilər.

"Report" xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Mersisayd təmsilçisi hazırda İspaniyanın "Real" klubuna məxsus olan müdafiəçini geri qaytarmaq imkanını nəzərdən keçirir.

27 yaşlı oyunçunun taleyi Madrid komandasındakı durumundan asılı olacaq. O, cari mövsüm La Liqada 6 matçın yalnız ikisində start heyətində meydana çıxıb.

Xatırladaq ki, 2025-ci ilin yayında "Liverpul"u "Real"a dəyişən Trend Aleksander-Arnoldun müqaviləsinin müddəti 2031-ci ilin yayınadək qüvvədədir.

Digər xəbərlər