"Liverpul" Məhəmməd Salaha əvəzləyici tapıb

İngiltərə təmsilçisi "Liverpul"un rəhbərliyi cari mövsümün sonunda komandadan ayrılmaq ehtimalı olan Məhəmməd Salaha əvəzləyici tapıb.

"Report" "The Touchline" nəşrinə istinadən xəbər verir ki, hücum xəttini gücləndirmək üçün İspaniyanın "Real" kollektivinin futbolçusu Rodriqo əsas hədəf kimi seçilib.

Bundan başqa, siyahıda "Nyukasl"da çıxış edən Entoni Qordon da yer alıb.

Qeyd edək ki, hazırda "Liverpul" 42 xalla Premyer Liqanın turnir cədvəlində altıncı pillədə qərarlaşıb.

Digər xəbərlər

Lamin Yamal Sabahla oyunu buraxacaq 23 noyabr, 2026 / 13:32
Barselona Vilyarrealı məğlub edib 22 noyabr, 2026 / 21:20