​Lionel Messi yarım il müddətinə sıradan çıxıb

Bakı. 26 sentyabr. REPORT.AZ/ "Barselona" futbol klubunun hücumçusu Lionel Messi İspaniya çempionatının 6-cı turu çərçivəsində "Las-Palmas"a qarşı keçirilən oyunda diz bağını zədələyib və altı ay müddətinə sıradan çıxıb.

"Report" xəbər verir ki, bu barədə İspaniyanın "Sport" nəşri məlumat yayıb.

Argentinalı forvard "Las-Palmas"ın müdafiəçisi Pedro Biqas ilə toqquşmadan sonra görüşün 10-cü dəqiqəsində əvəzlənib.

Messi cari mövsümdə "Barselona"da doqquz oyun keçirib və 6 dəfə fərqlənməyə macal tapıb.

Digər xəbərlər

FIFA AFFA-ya təşəkkür edib 31 mart, 2026 / 01:24