Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"in futbolçusu Kriştianu Ronaldu Yaxın Şərqin ən yaxşı futbolçusu seçilib.
"Report" xəbər verir ki, o, 2024-cü il üçün "Globe Soccer" mükafatına layiq görülüb.
39 yaşlı forvard Riyad Mahrezi ("Əl-Əhli"), Sergey Milinkoviç-Saviçi, Salem Əl-Dosarini (hər ikisi "Əl-Hiləl") və Sufyan Rahimini ("Əl-Əyn") qabaqlayıb.
Qeyd edək ki, K.Ronaldu ötən il də Yaxın Şərqin ən yaxşı futbolçusu olmuşdu.