Konte: "Çelsi" Çempionlar Liqasına düşmək istəyirsə, "Liverpul"u udmalıdır"

Bakı. 4 may. REPORT.AZ/ "Çelsi" Çempionlar Liqasına düşmək istəyirsə, "Liverpul"u udmalıdır".

“Report” xəbər verir ki, bunu "Çelsi" klubunun baş məşqçisi Antonio Konte İngiltərə çempionatında "Liverpul" ilə oyun (6 may) barədə gözləntilərini bölüşərkən bildirib.

"Əgər biz Çempionlar Liqasına düşmək istəyiriksə, mütləq qalib gəlməliyik və "Liverpul"un, bildiyimiz kimi, yaxşı komandası var. Çətin olacaq, lakin, ümidimizi saxlamaq istəyiriksə, 3 xal almalıyıq", - deyə o əlavə edib.

Digər xəbərlər

Lamin Yamal Sabahla oyunu buraxacaq 23 noyabr, 2026 / 13:32
Barselona Vilyarrealı məğlub edib 22 noyabr, 2026 / 21:20