PSJ prezidenti: "Neymar və Mbappe daim komandada qalacaq"

"1/4 finala çıxdığımız üçün fəxr edə bilərik. 4 il əvvəl "Barselona"ya qarşı oyunlarda baş verənləri unutmuşam".

"Report"un məlumatına görə, bu fikirləri Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xəlafi Çempionlar Liqasının 1/8 finalında İspaniya "Barselona"sı ilə 1:1 (ilk oyun 4:1) hesablı heç-heçə etdikləri cavab görüşündən sonra "RMC Sport"a müsahibəsində deyib.

O, mərhələ keçməklə tarix yazdıqlarını bildirib: "Möhtəşəm "Barselona"nı turnirdən kənarlaşdırdıq. Bunun üçün xoşbəxtik".

Funksioner ulduz futbolçuları Neymar və Kilian Mbappenin komandada taleyi barədə də danışıb: "Onlar PSJ-nin oyunçusudurlar və daim belə qalacaqlar".

Qeyd edək ki, Neymar və Kilian Mbappe ilə Avropanın aparıcı klubları maraqlanır.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52