KİV: "Barselona" "Norviç Siti"nin 15 yaşlı hücumçusunu transfer etmək istəyir

"Barselona" "Norviç Siti"nin 15 yaşlı hücumçusu Acay Tavaresi transfer etmək niyyətindədir.

"Report"un məlumatına görə, bu barədə "Goal.com" nəşri xəbər yayıb.

Mənbənin məlumatına əsasən, gənc oyunçunu bir neçə Avropa klubu izləyib, namizədlər arasında "RB Leypsiq" və Dortmund "Borussiya"sı da var. Bununla belə, "Barselona" ən sərfəli şərtləri təklif edib və transferi yaxın vaxtlarda yekunlaşdırmağı planlaşdırır.

Tavares "Norviç Siti" U-18 komandasında sol cinah yarımmüdafiəçisi mövqeyində çıxış edir. Klubun əsas heyətində rəsmi oyunlarda iştirak etməyib, lakin iyul ayında Niderlandın "Volendam" klubu ilə keçirilən mövsümöncəsi görüşdə meydana çıxıb. İngiltərənin U-17 yığmasında isə dörd oyun keçirib, məhsuldar göstəricilərlə fərqlənməyib.

Digər xəbərlər