Bakı. 29 noyabr. REPORT.AZ/ "Keşlə" klubu iki futbolçusu ilə yollarını ayırıb.
"Report" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ramiz Məmmədov məlumat verib.
O, yarımmüdafiəçilər - Nizami Hacıyev və Mirhüseyn Seyidovun klubdan göndərildiklərini açıqlayıb.
R.Məmmədov bildirib ki, göndəriləcək futbolçuların siyahısına daha bir neçə nəfər əlavə olunacaq.