"Keşlə" Almaniya klubuna məğlub olub

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Keşlə" futbol komandası ilk yoxlama oyununu keçirib.

"Report"un məlumatına görə, Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv Almaniya III Budesliqa təmsilçisi "Çikau" klubu ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan klubunun məğlubiyyəti ilə yekunlaşıb - 1:4.

Qeyd edək ki, "Keşlə" Antalyada növbəti yoxlama matçını yanvarın 22-də Rusiyanın "Arsenal" (Tula) klubuna qarşı keçirəcək.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52