Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttihad"ın hücumçusu Kərim Benzema ispaniyalı məşhur rəssam Pablo Pikassonun "Saqqallı kişinin portreti" əsərini alıb.
"Report" xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkə hesablarında foto paylaşıb.
"RMC Sport"un məlumatına görə, tablo 2025-ci ilin əvvəlində Nyu-Yorkda sərgilənib.
Alışın dəyəri açıqlanmayıb. Lakin Pikassonun tablolarının hərraclarda əksər hallarda 1 milyon avrodan baha qiymətə satıldığı bildirilir.