"Kəpəz"in müdafiəçisi "Zirə" ilə matçda qırmızı vərəqə alıb

"Kəpəz"in futbolçusu Elçin Əlicanov "Zirə"yə qarşı keçirdiyi Azərbaycan Premyer Liqasının XVIII tur oyununda qırmızı vərəqə alıb.

"Report"un məlumatına görə, 23 yaşlı müdafiəçi 57-ci dəqiqədə əllə oynadığı üçün meydandan qovulub.

Daha əvvəl ilk hissədə "qartallar"ın iki oyunçusu eyni halla üzləşib.

Qeyd edək ki, hazırda Gəncə təmsilçisi 2:1 hesabı ilə öndədir.

Digər xəbərlər