"Kəpəz"dən ayrılan mütəxəssis "Səbail"də işləyəcək

"Səbail" komandasına yeni məşqçi təyin edilib.

Bu barədə "Report"a "dənizçilər"in mətbuat xidmətindən məlumat verilib.

Azər Məmmədov paytaxt təmsilçisində fəaliyyət göstərəcək. 47 yaşlı mütəxəssis baş məşqçi Şahin Diniyevin köməkçisi olacaq.

Qeyd edək ki, Azər Məmmədov son olaraq "Kəpəz"də işləyib. O, noyabrın əvvəlində baş məşqçi postundan istefa vermişdi.

Digər xəbərlər

London klubu antirekorda imza atıb 21 dekabr, 2025 / 12:37