İstanbul klubu "Real"ın müdafiəçisi üçün təklif göndərəcək

Türkiyənin "Qalatasaray" klubu futbolçu Antonio Rüdiger üçün İspaniya təmsilçisi "Real"a rəsmi təklif göndərməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

"Sarı-qırmızılar" mərkəz müdafiəçisini qış transfer dönəmində heyətinə qatmaq niyyətindədir. İstanbul komandası 32 yaşlı oyunçunu almaq üçün fəal şəkildə çalışır. Baş məşqçi Okan Buruk Rüdigeri şəxsən istəyib. Alman futbolçunun da təkliflərə açıq olduğu bildirilir.

Hazırkı Türkiyə çempionu əvvəlcə müdafiəçi ilə danışıqlar aparmağı və daha sonra Madrid klubuna təklif təqdim etməyi planlaşdırır.

Qeyd edək ki, Antonio Rüdigerin "Kral klubu" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatır.

Digər xəbərlər