İspaniyalı futbolçu Niderland çempionatında çıxış edəcək

Niderland təmsilçisi "Ayaks" İspaniyanın "Valyadolid" klubunun yarımmüdafiəçisi Raul Moronu sıralarına cəlb edib.

"Report" xəbər verir ki, bu barədə Amsterdam kollektivinin mətbuat xidməti məlumat yayıb.

22 yaşlı ispaniyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, R.Morro "Valyadolid"in heyətində 65 oyun keçirib, 7 qol vurub və 11 məhsuldar ötürmə edib. O, həmçinin 2021-ci ildə ölkəsinin U-21 millisinin heyətinə cəlb olunub.

Digər xəbərlər

Lamin Yamal Sabahla oyunu buraxacaq 23 noyabr, 2026 / 13:32
Barselona Vilyarrealı məğlub edib 22 noyabr, 2026 / 21:20