Futbol üzrə İspaniya Kral Kubokunun qalibi bəlli olub.
“Report”un məlumatına görə, “Barselona” və “Real” komandalarının üz-üzə gəldiyi matç Sevilyadakı Olimpiya stadionunda baş tutub.
İlk qolu 28-ci dəqiqədə Pedri vurub. Hesabı “Real”ın hücumçusu Kilian Mbappe (70) bərabərləşdirib, 7 dəqiqə sonra Arda Gülərin ötürməsini Tçuameni başla dəqiq qapayaraq “Kral klubu”nu önə keçirib.
Lakin əsas vaxtın bitməsinə 6 dəqiqə qalmış Ferran Torres komandasını məğlubiyyətdən xilas edə bilib. Oyunun əsas vaxtı heç-heçə başa çatdığı üçün əlavə vaxt oynanılıb.
Burada isə daha bir top vuran Kataloniya klubu İspaniya Kral Kubokunun qalibi olub - 3:2. Bununla da “Barselona” 32-ci dəfə bu mükafata sahib çıxıb.