"İnter Mayami" Luis Suaresi komandada saxlamağı düşünür

ABŞ-nin "İnter Mayami" klubu uruqvaylı hücumçusu Luis Suaresi komandada saxlamağı düşünür.

"Report" "ESPN" nəşrinə istinadən xəbər verir ki, klub müqavilə müddəti bu ilin sonunda başa çatacaq 38 yaşlı futbolçunun sözləşməsini yeniləməyin yollarını axtarır.

Hazırda tərəflər arasında danışıqlar aparılır.

L.Suaresin karyerasında ilk dəfə çıxış etdiyi ölkəsinin "Nasyonal" komandasına qayıtmaq ehtimalı da var.

Qeyd edək ki, Suares 2024-cü ildə "İnter Mayami"yə keçib. Bu mövsüm o, 32 oyunda 10 qol vurub və 10 məhsuldar ötürmə edib.

Digər xəbərlər