İtaliyanın "İnter" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Milan təmsilçisi ispaniyalı qapıçısı Xosep Martinesi 5 il müddətinə sıralarına cəlb edib.
26 yaşlı qolkiper bundan əvvəl İtaliyanın digər komandası "Cenoa"nın formasını geyinib.