İtaliyanın "İnter" klubunun futbolçusu Lautaro Martines qeyri-etik ifadələr işlətdiyinə görə bir oyunluq cəza ala bilər.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, o, A Seriyasının XXV turunda "Yuventus"la keçirilən matçda söyüş söydüyü üçün diskvalifikasiya olunmaq təhlükəsi ilə üz-üzə qalıb.
Qeyd edək ki, Lautaro Martines bu mövsüm "İnter"in heyətində ümumilikdə 35 oyun keçirib və 16 qola imza atıb.