Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində V tura yekun vurulub.
"Report"un məlumatına görə, ikinci oyun günündə 5 qrupda 12 qarşılaşma baş tutub.
B qrupunda İspaniya millisi Gürcüstanı böyük hesabla məğlub edib. Yunanıstan isə səfərdə Kosovo ilə heç-heçə edib.
C qrupunda Avropa çempionu İtaliya millisi səfərdə İsveçrə ilə üz-üzə gəlib. Görüş qolsuz bərabərliklə yekunlaşıb. Bu matçda qonaq komandadan Jorjinyo penaltidən fərqlənə bilməyib. Bolqarıstan isə Litvanı minimal hesabla məğlubiyyətə uğradıb.
I qrupunda mübarizə aparan İngiltərə Andorraya 4 cavabsız qolla qalib gəlib. Bu qrupun digər oyunlarında Polşa səfərdə San Marinonun qapısından 7 top keçirib, Albaniya evdə Macarıstanı minimal hesabla yenməyi bacarıb.
J qrupunda isə Almaniya Ermənistanı darmadağın edib - 6:0. Qrupun digər qarşılaşmalarına gəldikdə, Rumıniya Lixtenşteyn üzərində inamlı qələbə qazanıb. İslandiya - Şimali Makedoniya görüşündə isə məhsuldar heç-heçə qeydə alınıb.
DÇ-2022, seçmə mərhələ
V tur
B qrupu
22:45. İspaniya - Gürcüstan - 4:0
Qollar: Xose Luis Qayya, 14. Karlos Soler, 25. Ferran Torres, 41. Pablo Sarabiya, 63