İngiltərə klubunun futbolçusu topdaşıyan uşağa qarşı kobudluq edib

"Ekseter" komandasının futbolçusu Şeyk Diabate "Tranmere Rovers"a qarşı keçirdikləri İngiltərə II Liqasının (səviyyəcə dördüncü) 43-cü tur oyununda topdaşıyanla mübahisə edib.

"Report"un məlumatına görə, 20 yaşlı müdafiəçi 57-ci dəqiqədə topu ona verməyən uşağı itələyib.

Uşaq isə oyunçunun hərəkətinə aqressiv cavab verib. Baş hakim Diabateni sarı vərəqə ilə cəzalandırıb.

Qeyd edək ki, qarşılaşma "Tranmere Rovers"in 2:0 hesablı qələbəsi ilə bitib.

Digər xəbərlər