İngiltərə klubu baş məşqçisi ilə müqavilə müddətini uzadıb

İngiltərənin "Bornmut" klubu baş məşqçisi Andoni İraola ilə müqavilə müddətini uzadıb.

"Report" xəbər verir ki, 41 yaşlı ispaniyalı mütəxəssis daha 1 il "albalılar"ı çalışdıracaq.

İraola 2023-cü ildə İspaniyanın "Rayo Valyekano" klubundan ayrılaraq "Bornmut"a keçib.

Onun rəhbərlik etdiyi komanda hazırda İngiltərə Premyer Liqasında 48 xalla 11-ci yerdədir.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52