Yay təlim-məşq toplanışını Bakıda keçirməyi planlaşdıran "İmişli"nin hazırlıq planında dəyişiklik baş verib.
Klubdan "Report"a verilən məlumata görə, bölgə təmsilçisi toplanış məqsədi ilə bu gün Qəbələyə yola düşüb.
Kollektiv avqustun 3-dək bölgədə məskunlaşacaq. "İmişli" Qəbələ şəhər stadionunda yerli komanda və "Karvan"la yoxlama görüşlərində qüvvəsini sınayacaq.