"İmişli" Bəxtiyar Həsənalızadəni heyətinə qatıb

"İmişli" daha bir futbolçu transferini açıqlayıb.

"Report" bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bəxtiyar Həsənalızadə heyətə cəlb olunub.

29 yaşlı mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Karyerası ərzində "Sumqayıt", "Zirə", "Sabah" və Türkiyənin "Tuzlaspor" klublarında çıxış edən B.Həsənalızadə son olaraq "Araz-Naxçıvan"ın formasını geyinib.

Digər xəbərlər