Futbol üzrə İtaliya Kubokunda ilk finalçı bəlli olub.
"Report"un məlumatına görə, yarımfinal mərhələsinin cavab görüşündə "Yuventus" "Milan"ı qəbul edib.
Turindəki qarşılaşma qolsuz yekunlaşıb. İlk matç 1:1 hesabı ilə başa çatdığı üçün "Yuventus" səfər qolu sayəsində finala yüksəlib.
Digər yarımfinal görüşündə "Napoli" "İnter"lə üz-üzə gələcək. Qarşılaşma sabah baş tutacaq.