Bakı. 12 mart. REPORT.AZ/ Futbol üzrə İngiltərə Premyer Liqasında 30-cu turun növbəti oyunları keçirilib.
“Report” xəbər verir ki, günün mərkəzi görüşü Londonda "Arsenal" və "Uotford" arasında baş tutub.
"Emirates" stadionunda keçirilən matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Arsenal" bu qələbə sayəsində xallarının sayını 48-ə çatdırıb və hazırda İngiltərə birinciliyinin turnir cədvəlində 6-cı yeri tutur. "Uotford" (36) 10-cu pillədədir.
Tura martın 13-ü Bakı vaxtı ilə 00:00-da başlayacaq "Stok Siti" – "Mançester Siti" matçı ilə yekun vurulacaq.
İngiltərə çempionatı. 30-cu tur
"Mançester Yunayted" — "Liverpul" - 2:1
Qollar: Raşford, 14, 24 — Bayi, 66 (öz qapısına)