Bakı. 27 sentyabr. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında II tura start verilib.
"Report"un məlumatına görə, ilk oyun gününün oyunları E - H qruplarını əhatə edib.
Türkiyənin yeganə təmsilçisi "Beşiktaş" Avropanın ən nüfuzlu klub turnirinin debütantı Almaniya "Leyptsiq"ini qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 60-cı dəqiqədə "Wodafone Park" stadionunun bir hissəsində işıqlar söndüyü üçün oyunda 13 dəqiqəlik fasilə yaranıb. Bu səbəbdən, görüş digər qarşılaşmalardan gec yekunlaşıb. Bu qələbə sayəsində xallarını 6-ya çatdıran "Beşiktaş" G qrupunda vahid liderə çevrilib.
F qrupundakı İngiltərənin "Mançester Siti" komandası da növbəti qələbəsini qazanıb. "Şəhərlilər" də Ukrayna "Şaxtyor"unun qapısından 2 cavabsız top keçiriblər.
Yarışın son qalibi İspaniya "Real Madrid"i və İngiltərənin "Tottenhem" klubları isə rəqiblərini 3 qolla məyus ediblər. Beləliklə, hər iki klub H qrupunda 6 xalla ilk 2 yeri bölüşür.
Ümumilikdə, 8 görüşdə qapılara 23 qol vurulub.
Çempionlar Liqası, II tur
26 sentyabr
E qrupu
"Sevilya" (İspaniya) - "Maribor" (Sloveniya) - 3:0
Qollar: Vissam Ben Yedder, 27; 38; 83-penalti ilə
"Spartak" (Moskva, Rusiya) - "Liverpul" (İngiltərə) - 1:1
Qollar: Fernando, 23 - Filippe Koutinyo, 31