Fransanın PSJ klubunun yeni baş məşqçisi açıqlanıb

Bakı. 14 may. REPORT.AZ/ Fransanın PSJ komandasının yeni baş məşqçisi müəyyənləşib.

"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, Tomas Tuxel Paris təmsilçisinin yeni baş məşqçisi olub. 

Komanda 45 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalayıb. Almaniyalı məşqçi bu postda ispaniyalı Unay Emerini əvəzləyib.

Qeyd edək ki, Tomas Tuxel Almaniyanın “Maynts” və "Borussiya"(Dortmund) komandalarında baş məşqçi vəzifəsində çalışıb.  

Digər xəbərlər

PSJ Alberto Moleyro ilə maraqlanır 25 noyabr, 2026 / 14:05