Bakı. 8 yanvar. REPORT.AZ/ Parisin PSJ klubu futbol üzrə Fransa Kubokunun 1/32 finalında "Renn"i darmadağın edib.
“Report” xəbər verir ki, görüş qonaqların 6:1 hesablı qələbəsi ilə başa çatıb.
PSJ-nin heyətində Kilyan Mbappe (9 və 76-cı dəqiqələr), Neymar (17 və 43) və Anhel Di Mariya (24 və 74) öz dublunu rəsmiləşdirib.
"Renn"in heyətində Benjamen Buriqo (66) penaltidən fərqlənib.
PSJ bu qələbə sayəsində turnirin 1/16 finalına vəsiqə qazanıb.