Fransa klubu "Barselona"nın futbolçusu ilə müqavilə müddətini uzatmaqda maraqlı deyil

Fransanın "Monako" klubu "Barselona"dan icarəyə götürdüyü Ansu Fati ilə müqavilə müddətini uzatmaqda maraqlı deyil.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı ispaniyalı vinger hazırda zədəsini sağaltmaqla məşğuldur.

Futbolçunun yayda "Barselona"ya qayıdacağı bildirilir. Onun icarə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.

Qeyd edək ki, A.Fati cari mövsüm "Monako"nun heyətində meydana çıxdığı 14 matçda 6 qol vurub.

Digər xəbərlər