Fransa klubu 43 yaşlı futbolçu ilə müqaviləni uzatdı

Fransanın "Monpelye" klubu futbolçusu Vitorino İlton ilə müqavilənin müddətini uzadıb. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 43 yaşlı braziliyalı müdafiəçi ilə yeni sözləşmə 2020/2021 mövsümünün sonuna qədər bağlanılıb. 

Qeyd edək ki, Vitorino İlton 2011-ci ildən "Monpelye"də çıxış edir. O, 2011/2012 mövsümündə Fransa çempionu olub. Fransada cari mövsüm koronavirus pandemiyası üzündən apreldə vaxtından əvvəl yekunlaşdırılıb. Ən yaxın izləyicisi "Lion"u 12 xal geridə qoyan lider PSJ çempion elan olunub. 

Digər xəbərlər