Françesko Totti "Roma" klubuna qayıda bilər

"Roma"nın əfsanəvi futbolçusu Françesko Totti İtaliya klubuna qayıda bilər.

"Report" xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Onun sözlərinə görə, 49 yaşlı keçmiş hücumçunun paytaxt təmsilçisində texniki direktor olmaq ehtimalı var.

Qeyd edək ki, Françesko Totti 2017-ci ildə karyerasını bitirib. O, daha əvvəl klubda çalışsa da, 2019-cu ildə "Roma"dan ayrılıb.

Digər xəbərlər