​FİFA 2014-cü ilin ən gözəl qolunu açıqlayıb

Bakı. 13 yanvar. REPORT.AZ/ FİFA 2014-cü ildə vurulan ən gözəl qolu elan edib.

"Report" xəbər verir ki, Beynəlxalq Futbol Federasiyası Kolumbiya yığmasının oyunçusu Xames Rodriqesin Braziliyada keçirilən Dünya Çempionatında Uruqvayın qapısına vurduğu qolu ən yaxşı hesab edib.

Mükafatın təntənəli təqdimetmə mərasimi ali futbol qurumunun Surixdə keçirilən gecəsində baş tutub.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52