“Fənərbağça” mövsümə qələbə ilə başlayıb

Türkiyə Super Liqasının ilk turunda “Fənərbağça” “Qaziantep”i qəbul edib.

“Report” xəbər verir ki, kadıköylülər bosniyalı hücumçu Edin Cekonun 3 və 18-ci dəqiqələrdə vurduğu qollar sayəsində qələbə qazanıblar.

Qarşılaşmanın 23-cü dəqiqəsində qonaqların rumıniyalı yarımmüdafiəçisi Aleksandru Maksim qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Birinci hissənin əlavə edilmiş dəqiqələrində “qırmızı-qaralar” hesabdakı fərqi minimuma endirsələr də, bundan artığına gücləri çatmayıb.

Beləliklə, matç “Fənərbağça”nın 2:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, növbəti turda “Fənərbağça” “Yılport Samsunspor”a qarşı səfər matçına çıxacaq, “Qaziantep” isə “Sivasspor”u qəbul edəcək.

Digər xəbərlər

PSJ Alberto Moleyro ilə maraqlanır 25 noyabr, 2026 / 14:05