Azərbaycanın I Liqa təmsilçisi "Səbail"dən ayrılan Elvin Məmmədov "Qəbələ"nin U-17 komandasına baş məşqçi təyin olunub.
Mütəxəssis bunu "Report"a açıqlamasında özü deyib.
O, komanda ilə məşqlərə başladığını da söyləyib:
"Məşqçi kurslarına qatılmışam. Artıq iki aydır ki, A kateqoriyasını oxuyuram. Hazırda "Qəbələ"nin U-17 komandasını çalışdırıram".
Qeyd edək ki, E.Məmmədov bir müddət öncə "Səbail"in baş məşqçi postundan istefa verib.