“El Klasiko”nun qalibi müəyyənləşdi

Bu gün növbəti “El Klasiko” baş tutub.

“Report” xəbər verir ki, “Real” və “Barselona” komandaları Madriddə La Liqanın 32-ci turunda üz-üzə gəliblər.

Əzəli rəqiblərin “Santyaqo Bernabeu” stadionunda gerçəkləşən görüşündə 5 qol vurulub.

“Real”ın heyətində Vinisius (18-ci dəqiqə, penalti), Lukas Vaskes (73) və Cud Bellinqem (90+1) fərqlənib. “Barselona”nın qollarını isə Andreas Kristensen (6) və Fermin Lopes (69) vurub.

İspaniya çempionatının turnir cədvəlinə 81 xalla "Real" başçılıq edir. “Barselona” 70 xalla ikinci yerdədir.

Digər xəbərlər

PSJ Alberto Moleyro ilə maraqlanır 25 noyabr, 2026 / 14:05