Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində V tura start verilib.
"Report"un məlumatına görə, ilk oyun günündə 5 qrupda nəzərdə tutulan 13 qarşılaşmadan 6-sı başa çatıb.
Günün ilk görüşü D qrupunda Finlandiya və Qazaxıstan arasında olub. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
A qrupunda yer alan Azərbaycan millisi səfərdə İrlandiya ilə 1:1 hesablı heç-heçə edib. Qrupun digər matçında Serbiya evdə Lüksemburqa qalib gəlib - 4:1.
G qrupunda Norveç səfərdə Latviyadan, H qrupunda isə Rusiya Kiprdən üstün olub.
DÇ-2022, seçmə mərhələ
V tur
4 sentyabr
A qrupu
20:00. İrlandiya - Azərbaycan - 1:1
Qollar: Şeyn Daffi, 87 - Emin Mahmudov, 45+1