DÇ-2022: Portuqaliya və İrlandiyadan darmadağın, Ukrayna və İngiltərə xal itirib

2022-ci il futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində VIII tura yekun vurulub.

"Report"un məlumatına görə, qarşılaşmaların ardından bir neçə yığma qruplardakı mövqelərini daha da yaxşılaşdırıb.

A qrupunda Portuqaliya millisi Lüksemburqu, Serbiya isə Azərbaycanı qəbul edib. Hər iki oyunda meydan sahibləri qalib gələrək, ən azı pley-off mərhələsinə vəsiqəni təmin edib. Qrup qalibi kimi birbaşa vəsiqənin taleyi son 2 turda həll olunacaq.

B qrupunda Gürcüstan yığması ilk qələbəsini səfərdə Kosovo üzərində qazanıb. Yunanıstan isə İsveçə uduzub. Nəticədə İsveç İspaniyanı keçərək, qrup lideri olub.

C qrupunda son Avropa çempionu İtaliya meydana çıxmadan ilk iki sıradan birini rəsmiləşdirib. Pley-offa digər vəsiqəni İsveçrə səfərdə Litvanı darmadağın edərək, qazanıb.

D qrupunda Qazaxıstan evdə Finlandiyaya uduzub, Ukrayna isə Bosniya və Herseqovina üzərində qələbəni əldən verib.

F qrupunda Danimka Avstriyanı minimal hesabla məğlub edərək, dünya çempionatına birbaşa vəsiqəni vaxtından əvvəl təmin edib. Şotlandiya səfərdə Farer adalarını, İsrail isə evdə Moldovanı yenərək, pley-offa vəsiqə uğrunda mübarizəni davam etdirib.

I qrupunda İngiltərə Macarıstanla heç-heçə edib, Albaniya isə Polşaya uduzub. Nəticədə İngiltərə liderliyini davam etdirdiyi halda, Polşa ikinci pilləyə yüksəlib "Cırtdanlar"ın mübarizəsində Andorra San Marinonu darmadağın edərək, xalını 6-ya çatdırıb.

DÇ-2022, seçmə mərhələ
VIII tur
12 oktyabr

A qrupu

22:45. Portuqaliya - Lüksemburq - 5:0

Qollar: Kriştianu Ronaldu, 8; 13 (hər ikisi pen.); 87. Brunu Fernandeş, 18. Joao Palinya, 69

Digər xəbərlər