DÇ-2022: İtaliya və Almaniyadan darmadağın, İngiltərə qələbəni əldən verib

2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində VI tura yekun vurulub.

"Report"un məlumatına görə, son oyun günündə 5 qrupda 12 qarşılaşma baş tutub.

Günün ilk görüşü J qrupunda oynanılıb. Lixtenşteyni qəbul edən Ermənistan rəqibi ilə bacarmayıb - 1:1. Bu qrupun digər oyunlarında Almaniya səfərdə İslandiyanın qapısından 4 cavabsız top keçirib, Rumıniya isə Şimali Makedoniya ilə qolsuz heç-heçəyə razılaşıb.

B qrupunda İspaniya səfərdə Kosovonu məğlub edib. İsveç isə Yunanıstana uduzub. C qrupunda İtaliya evdə Litvanı darmadağın edib. İsveçrə isə səfərdə Şimali İrlandiyanın müqavimətini qıra bilməyib.

E qrupunda Belçika Rusiyanın Kazan şəhərində keçirilən matçda Belarusa çətinliklə qalib gəlib. Uels - Estoniya oyununda isə qalib müəyyənləşməyib. Gecənin maraqlı görüşlərindən biri I qrupunda olub. Polşa millisi doğma meydanda İngiltərə yığmasını sınağa çəkib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bu qrupun digər oyunlarında Macarıstan Andorranı, Albaniya isə San Marinonu yenib.

DÇ-2022, seçmə mərhələ

VI tur

8 sentyabr

B qrupu

22:45. Kosovo - İspaniya - 0:2

Qollar: Pablo Fornals, 32, Ferran Torres, 90

Digər xəbərlər