DÇ-2022: İngiltərə və İsveçrə final mərhələsinə, İtaliya və Polşa pley-offa vəsiqə əldə edib

2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində X turun daha 8 görüşü keçirilib.

"Report"un məlumatına görə, C, F və I qruplarında oynanılan qarşılaşmalardan sonra növbəti 2 komanda final mərhələsinə birbaşa vəsiqə əldə edib.

C qrupunda evdə Bolqarıstana 4:0 hesabı ilə qalib gələn İsveçrə millisi 1-ci yerin sahibi kimi mundiala yollanıb. Səfərdə Şimali İrlandiyanın müqavimətini qıra bilməyən İtaliya yığması isə pley-offda mübarizə aparacaq.

I qrupunda San Marinonu 10 cavabsız qolla məğlub edən İngiltərə seçməsi dünya çempionatına birbaşa yollanmaq hüququ qazanıb. Qrupu 2-ci sırada tamamlayan Polşa isə final mərhələsinə getmək üçün pley-off matçları oynamalıdır.

DÇ-2022, seçmə mərhələ
X tur
15 noyabr

C qrupu

23:45. Şimali İrlandiya - İtaliya - 0:0

Digər xəbərlər